Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan "Şəfa" yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv "Şahdağ Qusar"la qarşılaşıb. Görüş I Liqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Şahdağ Qusar"ın qollarını İdir Butrif (Idir Butrif) və Gülağa Əsədov vurub.
Qeyd edək ki, "Şəfa" Premyer Liqada 11 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Şahdağ Qusar" isə I Liqada 7 turdan sonra 18 xalla liderdir.