ABL: Turun mərkəzi matçında sevinən tərəf "Sabah" oldu

ABL: Turun mərkəzi matçında sevinən tərəf "Sabah" oldu

Azərbaycan Basketbol Liqasında VII tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə son ölkə çempionu "Sabah" ilə "Neftçi" üz-üzə gəlib.

Turun mərkəzi matçında "bayquşlar" 93:78 hesablı qələbəyə seviniblər.

Görüş Milli Gimnastika Arenasında baş tutub.

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər