AFFA tərəfindən qəbul edilimiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə 10 noyabrda start götürən "D" kateqoriyalı məşqçi kursu uğurla başa çatıb.
Fanat.Az xəbər verir ki, Bayıl stadionundakı Futbol İnkişaf Mərkəzində təşkil olunan kursun son günündə iştirakçılara məşqçi sertifikatları təqdim olunub.
Ölkə futbolunda ilk dəfə olaraq Region Liqası komandalarında fəaliyyət göstərən, lakin müvafiq lisenziyası olmayan yerli məşqçilərin maarifləndirilməsi məqsədilə keçirilən layihə çərçivəsində kursu uğurla bitirən iştirakçılara, o cümlədən, region klublarının təmsilçiləri Emin Hüseynov, Elmir Zodanov, Ceyhun Əliyev (hər üçü “Fençinq” FK), Baloğlan Həsənov (“Ramana” FK), Kamran Məmmədli (“Mil” İK), Fərid Şirinzadə (“Cəngi” FK), Elçin Həsənov (“Xan Çinar” FK), Qanı Nəsirov (“Topçular” FK), Zaur Mustafayev (“Mübariz”, Binə), Asiman Cəfərli (“Kaspian” FK), Namiq Teyyubov (“Qaradağ Şıxlar” FK), Yalçın Əliyev (“İnşaatçı Sabirabad” FK) və Elbrus Baxşaliyevə (“Qobustan” FK) rəsmi "D" kateqoriyalı məşqçi lisenziyaları təqdim edilib.
Lisenziyaları AFFA-nın Məşqçiləri Maarifləndirmə və Futbol Layihələri şöbələrinin rəhbərləri Aslan Kərimov və Fərid Nağdaliyev, məşqçi-təlimatçılar İlham Əzizzadə, Mehdi İbrahimov və BFF prezidenti Tahir Süleymanov təqdim ediblər.
Növbəti “D” lisenziyalı kurslar 24-26 noyabr və 15-17 dekabr tarixlərində keçiriləcək.