Uzun müddət "Qarabağ"ın şərəfini qorumuş əlcəzairli yarımmüdafiəçi Yassin Benzia karyerasını Taylandda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 32 yaşlı futbolçu Taylandın son çempionu "Buriram Yunayted" ilə rəsmi müqavilə imzalayıb.

Benzia yeni komandasında 25 nömrəli forma altında çıxış edəcək. Sosial media hesabında paylaşım edən təcrübəli yarımmüdafiəçi bu keçiddən qürur duyduğunu bildirib:
"Yeni səhifə açmaq vaxtıdır. "Buriram Yunayted"ə qoşulduğum üçün qürurlu və xoşbəxtəm. Başqa ölkə, başqa liqa, amma eyni ambisiya və istək. Burada tarix yazmağa gəlmişəm."
Qeyd edək ki, "Buriram Yunayted" Azərbaycan futbol ictimaiyyətinə yaxşı tanışdır. Vaxtilə Azərbaycan milli komandasının və "Qarabağ"ın hücumçusu olmuş Ramil Şeydayev də bu klubun formasını geyinib.