Millinin alın təri ilə qazandığı məbləğ barədə bir neçə söz

Millinin alın təri ilə qazandığı məbləğ barədə bir neçə söz

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2026/27 mövsümündə D Liqasının 2-ci qrupunun qalibi olduğu üçün ümumilikdə 1,5 milyon avro gəlir əldə edib. Bu məbləğ UEFA-nın müəyyən etdiyi iki əsas ödəniş mexanizmi üzrə hesablanır.

UEFA D Liqasında mübarizə aparan hər bir milli komandaya avtomatik olaraq 750 min avro baza ödənişi ayırırsa, seçməmiz qrup qalibi bonusu qusmində əlavə 750 min avro qazanaraq ümumi məbləği ikiqat artırıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin noyabrın 13-də səfərdə Lixtenşteyni 1:0 hesabı ilə məğlub edərək 8 xalla qrup liderliyini rəsmiləşdirməsi qarşıya qoyulan hədəfə çatması, bu məbləğdə qazanc isə tarixi ilkdir.
Hə, millinin əvvəlki illərdə iştirak haqqı, yayım payı və ya qrant şəklində müəyyən gəlirləri olub. Lakin budəfəki 1,5 milyon avro yığmamızın tarixində ilk dəfə idman nəticəsinə görə qazandığı mükafatdır.
Mövcud fakt bütün hallarda millidə yeni mentalitetin formalaşmasına, artıq D Liqasında yer almağa layiq olmadığını döyüşərək isbatlamış Azərbaycan seçməsinin böyüməsinə yardımçı ola biləcək gerçəklikdir. Ümid edək ki, keçirdiyi 4 matçın heç birində uduzmayan, imicini yaxşılaşdırmaq istiqamətində inamlı addım atan yığma azarkeşlərini ən yaxın gələcəkdə daha böyük uğurları ilə sevindirəcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər