Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək

Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi hazırlığın ikinci mərhələsində İraq (Iraq) komandası ilə 2 yoldaşlıq matçı keçirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı AFFA-nın mətbuat xidməti yayıb.
İlk görüş noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da saat 19:00-da başlanacaq. Komandalar arasında ikinci oyun noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Bu qarşılaşma isə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millisi hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər