Bu gün qadınlardan ibarət "Kür" həndbol komandası bu gün EHF Avropa Kubokunda növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "WHC Çair" (WHC Čair, WHC Cair) kollektivi ilə üz-üzə gələcək.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.
Tərəflər arasında ilk matç rəqib komandanın 27:24 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.