“Kür” Avropa Kubokunda mübarizəni dayandırdı

“Kür” Avropa Kubokunda mübarizəni dayandırdı

Azərbaycanın qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Mingəçevir təmsilçisi Şimali Makedoniyanın “Çair” kollektivi ilə cavab qarşılaşmasında üz-üzə gəlib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüşdə meydan sahibləri rəqibə 21:32 hesabı ilə məğlub olublar. Komandalar arasında noyabrın 13-də keçirilən ilk qarşılaşma da Şimali Makedoniya təmsilçisinin 27:24 hesablı qələbəsi ilə başa çatmışdı.

Bununla da “Kür” Avropa Kubokunda mübarizəni dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər