Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun

Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Bu gün UEFA Millətlər Liqasında növbəti oyunlar keçiriləcək.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində ümumilikdə 10 matç baş tutacaq.
Günün mərkəzi oyunu A qrupunda Almaniya ilə Niderland arasında reallaşacaq.
Bundan başqa, D Liqasında da Azərbaycan millisi üçün önəmli olacaq oyun olacaq. Belə ki, Cəbəllütariq Maltanı qəbul edəcək. Bu matçda meydan sahiblərinin qələbə qazanması yığmamızın Avropa çempionatına yolunu aça bilər.
Qeyd edək ki, Azərbaycan D Liqasında 2-ci qrupu lider tamamlayıb. Ümumi göstəricilərdə 1-ci qrupun liderini də geridə qoymaqla yığmamız AÇ-də iştirak hüququ qazana bilər.
UEFA Millətlər Liqası
16 noyabr
A Liqası
2-ci qrup
23:45. Almaniya – Niderland
23:45. Yunanıstan – Serbiya
Xal durumu: Niderland - 11, Yunanıstan - 8, Almaniya - 8, Serbiya - o.
B Liqası
1-ci qrup
23:45. Şimali Makedoniya – Sloveniya
23:45. İsveçrə – Şotlandiya
Xal durumu: İsveçrə- 13, Sloveniya - 8, Şotlandiya - 7, Şimali Makedoniya - 0.
C Liqası
3-cü qrup
19:00. Qazaxıstan – Slovakiya
19:00. Farer adaları – Moldova
Xal durumu: Slovakiya - 11, Moldova - 7, Farer adaları - 5, Qazaxıstan - 2.
4-cü qrup
21:00. İslandiya – Lüksemburq
21:00. Estoniya – Bolqarıstan
Xal durumu: İslandiya - 11, Estoniya - 9, Bolqarıstan - 4, Lüksemburq - 3.
D Liqası
2-ci qrup
21:00. Litva – Lixtenşteyn
Xal durumu: Azərbaycan - 8, Litva - 4, Lixtenşteyn - 1.
1-ci qrup
23:45. Cəbəllütariq – Malta
Xal durumu: Malta - 7, Andorra - 4, Cəbəllütariq - 2.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər