Azərbaycan millisi 2026-da son oyununa çıxır

Azərbaycan millisi 2026-da son oyununa çıxır
Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu seçmə səfərdə Andorra ilə qarşılaşacaq.
İlin son oyunu Enkampdakı FAF stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı baş hakim Xose Luis Munuera idarə edəcək.
Millinin tarixinə 326-cı oyun kimi düşən qarşılaşma kapitan Emin Mahmudov üçün əlamətdar olacaq. O, Azərbaycan yığmasında vida matçını məhz Andorrada keçirəcək. Millinin bombardiri bu qarşılaşmadan sonra milli karyerasını başa vuracaq.
Yoxlama oyunu
16 noyabr
22:00. Andorra – Azərbaycan
Hakimlər: Xose Luis Munuera Montera (İspaniya).
Enkamp. “Estadi de la FAF”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər