Azərbaycan 2-ci Liqasında 11-ci tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, 1-ci dövrənin son günündə 1 matç baş tutacaq.
Bağlanış matçında "Dinamo" Binədə "Şəmkir"i qonaq edəcək. Oyun saat 14:00-da başlayacaq.
Qeyd edək ki, üç günü əhatə edən turun əvvəlki oyunlarında "Marafon" "Şəki"ni 5:0, "Ağstafa Gəncləri" "Difai"ni 3:0, "Şirvan" "Ağdaş"ı 5:0, "Qaradağ Lökbatan" "Kür-Araz"ı 7:1 hesabı ilə məğlub edib, "Zəngəzur" isə "Hypers"lə görüşdə (2:2) xal itirib.
Azərbaycan 2-ci Liqası
11-ci tur
17 noyabr
14:00. “Dinamo” – “Şəmkir”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu.