"Qalatasaray" yeni aldığı futbolçu ilə erkən vidalaşır

"Qalatasaray" yeni aldığı futbolçu ilə erkən vidalaşır

Türkiyənin “Qalatasaray” klubu fransalı yarımmüdafiəçi Lesli Uqoçukvu ilə yollarını ayırmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fotomaç" yayıb.

Məlumata görə, İstanbul təmsilçisinin 22 yaşlı futbolçunun çıxışından razı qalmadığı və qış transfer pəncərəsində onunla vidalaşmaq istədiyi bildirilir.

Uqoçukvu cari mövsümdə “Qalatasaray”ın heyətində 7 rəsmi qarşılaşmada iştirak edib və ümumilikdə 123 dəqiqə meydanda olub. O, bu görüşlərdə qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
Futbolçunun icarə müqaviləsinin vaxtından əvvəl ləğvi üçün 2,5 milyon avro təzminat ödənilməsi məsələsi də gündəmə gəlib.
Qeyd edək ki, Uqoçukvu mövsümün əvvəlində “Börnli”dən satınalma şərtli icarə əsasında “Qalatasaray”a keçib. Müqavilədə 22,5 milyon funt-sterlinq məbləğində şərtli satınalma opsiyası nəzərdə tutulub.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər