2-ci Liqa: "Qaradağ Lökbatan"la "Şirvanın" səfər, "Zəngəzur"un ev sınağı

2-ci Liqa: "Qaradağ Lökbatan"la "Şirvanın" səfər, "Zəngəzur"un ev sınağı
Azərbaycan 2-ci Liqasında 11-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, 1-ci dövrənin dünən start götürən son turu çərçivəsində bu gün daha 3 matç baş tutacaq.
Eyni vaxtda başlayacaq qarşılaşmalarda "Zəngəzur" "Hypers"i, "Ağdaş" "Şirvan"ı, "Kür-Araz" isə "Qaradağ Lökbatan"ı qonaq edəcək.
Qeyd edək ki, turun açılış oyunlarında "Marafon" "Şəki"ni 5:0, "Ağstafa Gəncləri" isə "Difai"ni 3:0 hesabı ilə məğlub edib.
Tura sabah "Dinamo" - "Şəmkir" oyunu ilə yekun vurulacaq.
Azərbaycan 2-ci Liqası
11-ci tur
16 noyabr
14:00. “Zəngəzur” – “Hypers”
Hakimlər: Vaqif Vəliyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu.
14:00. “Ağdaş” – “Şirvan”
Hakimlər: Hacıağa Həsənov, Rizvan Süleymanov, Əkbər Əliyev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağdaş şəhər stadionu.
14:00. “Kür-Araz” – “Qaradağ Lökbatan”
Hakimlər: Samir Musayev, Samir Cabbarov, Təhmin Cəlilbəyli, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
İmişli. Heydər Əliyev adına şəhər stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər