Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək

Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək
Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.
Yarış dekabrın 4-6-da Milli Gimnastika Arenasında təşkil olunacaq.
Turnirdə gənc idmançılar məharətlərini nümayiş etdirərək zəriflik, çeviklik və bədii ifadə imkanlarını birləşdirən maraqlı nömrələrlə tamaşaçıların qarşısına çıxacaqlar.
"Qış nağılı" beynəlxalq yarışı xarici ölkələrin müvafiq federasiyalarının, klubların və yerli ictimaiyyətin iştirakı ilə gimnastların təcrübə mübadiləsi aparmasına, bacarıqlarını inkişaf etdirməsinə və beynəlxalq arenada özlərini göstərməsinə şərait yaradacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər