"Kompakt komandaya qarşı mübarizə aparacağımızı bilirik" - "Zaqatala" noyabrın 10-dan başlayıb

"Kompakt komandaya qarşı mübarizə aparacağımızı bilirik"  - "Zaqatala" noyabrın 10-dan başlayıb
"Noyabrın 10-dan "Şimal" ilə çempionat matçının hazırlıqlarına başlamışıq. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə sınaq matçı keçirməməyi uyğun saydıq".
Bu sözləri Fanat.Az-a açıqlamasında 1-ci Liqa təmsilçisi "Zaqatala"nın baş məşqçisi Rakif Əliyev deyib.
Bölgə təmsilçisinin çalışdırıcısı əlavə edib: "Heyətdə zədəli oyunçular olduğu üçün yoxlama oyunu planlaşdırmadıq. Hazırda "Şimal" ilə matçın hazırlıqlarını davam etdiririk. Rəqib barədə məlumatımız var. Xaçmaz təmsilçisinin heyətində istedadlı futbolçular olduğunu, kompakt komandaya qarşı mübarizə aparacağımızı bilirik. Məqsədimiz bu qarşılaşmada müsbət nəticə qazanmaqdır. Nəyin necə olacağını isə təbii ki, zaman göstərəcək".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər