"Romario çox danışır" - Ançelotti istefa çağırışına cavab verdi

"Romario çox danışır" -  Ançelotti istefa çağırışına cavab verdi
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti əfsanəvi braziliyalı Romarionun şərhlərini cavabsız qoymayıb.
Fanat.Az xəbər verir ki, "Globo" veteran futbolçunun tənqidinə münasibət bildirən italiyalı mütəxəssisin dediklərini belə təqdim edib:
"Əlbəttə, söz azadlığıdır və demokratik ölkədə hər kəsin öz fikrini bildirmək hüququ var. Romario öz fikrini bildirib və bu, hər kəs kimi onun da haqqıdır. Baxır nə danışırsan: həqiqət, yalan və ya cəfəngiyatı? Həqiqət budur ki, Romario çox danışır.
Braziliya milli komandasında yeni sistemləri və oyunçuları sınaqdan keçiririk. Rəylər çox müsbətdir, baxmayaraq ki, hamısının adını çəkməyəcəyəm. Biz həmişə yaxşı oynamaq istəyirik, amma eyni vaxtda testlər keçirmək, heyəti yeniləmək və tam hazırlıqlı bir komandaya sahib olmaq uyğun deyil. Hamımız komandanın düzgün yolda olduğuna inanırıq. Bu istiqamətdə çox əminik və istiqamətimizə əməl etməyə davam edəcəyik".
Qeyd edək ki, Romario DÇ-2026-dakı zəif nəticələrinə görə bir müddət əvvəl Ançelottinin istefaya göndərilməsini tələb edib.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər