Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu seçmə səfərdə Andorra ilə qarşılaşacaq.
İlin son oyunu Enkampdakı FAF stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı baş hakim Xose Luis Munuera idarə edəcək.
Millinin tarixinə 326-cı oyun kimi düşən qarşılaşma kapitan Emin Mahmudov üçün əlamətdar olacaq. O, Azərbaycan yığmasında vida matçını məhz Andorrada keçirəcək. Millinin bombardiri bu qarşılaşmadan sonra milli karyerasını başa vuracaq.
Yoxlama oyunu
16 noyabr
Andorra – Azərbaycan 0:1 (ilk hissə)
Qol: Eşqin Əhmədov, 2.
Hakimlər: Xose Luis Munuera Montera (İspaniya).
Enkamp. “Estadi de la FAF”.
Andorra: 13. Aleks Ruiz 23. Borra 5. Lyovera (k) 22. Olivera 2. Kornelya 18. Remolins 19. Gilyen 8. Ferreyra 17. Rodriqo 9. R. Fernandes 11. Rosas
Ehtiyat oyunçular: 1. Qomes 12. De Kastro 3. Vales 4. Qarsiya 6. Pomares 7. Nil Linares 10. Lopes 14. Alaes 15. San Nikolas 16. De las Heras 20. Sola 21. Alvares
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 2. Rəhman Daşdəmirov 14. Elvin Bədəlov 4. Rahil Məmmədov 17. Tellur Mütəllimov 8. Emin Mahmudov (k) 5. Fərid Yusifli 13. Eşqin Əhmədov 11. Xəyal Əliyev 9. Musa Qurbanlı 24. Murad Məmmədov
Ehtiyat oyunçular: 1. Emil Balayev 23. Aydın Bayramov 3. Rüfət Abbasov 6. Abdulla Xaybullayev 7. Toral Bayramov 10. Mahir Emreli 16. Emil Mustafayev 18. Oruc Məmmədov 19. Ələsgərov 20. Aleksey İsayev 21. Qismət Alıyev 22. Ağadadaş Salyanski 25. Rüfət Abdullazadə 26. Nihad Əhmədzadə