Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası FIBA Avropa Çempionatı 2029-un ilkin təsnifat mərhələsində növbəti matçına çıxır.
Fanat.Az xəbər verir ki, A qrupunda yer alan yığma 3-cü turun oyununda İslandiya ilə qüvvəsini sınayacaq.
Hafnarfyordurda baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Oyun "İdman TV" kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, yunanıstanlı məşqçisi İoannis Dimantakosun rəhbərliyi altında qrupda ilk oyununu 11 noyabrda İsveçrəyə qarşı keçirən komandamız 33:84, 2-ci turda isə İrlandiyaya 73:91 hesabı ilə uduzub. Qızlarımız növbəti oyunlarını 2027-ci ildə keçirəcək.
FİBA Avropa çempionatı
A qrupu, 3-cü tur
17 noyabr
23:30. İslandiya – Azərbaycan
Hafnarfyordür. "Asvellir" İdman Kompleksi.
Xal durumu: İrlandiya – 3 xal, İsveçrə - 2, İslandiya - 2, Azərbaycan – 2.