"Şahdağ Qusar"la oyunda meydana qələbə üçün çıxacağıq" - Süleyman Əhmədov

"Şahdağ Qusar"la oyunda meydana qələbə üçün çıxacağıq" - Süleyman Əhmədov

1-ci Liqanın 8-ci turunda lider "Şahdağ Qusar"ın qonağı olacaq "Gəncəbasar"ın müdafiəçisi Süleyman Əhmədov səfər matçı ərəfəsində fikirlərini bölüşüb.

Təcrübəli arxa xətt oyunçusu Fanat.Az-a açıqlamasında belə danışıb:
"Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Liderlə görüşdə bizi çox çətin mübarizə gözlədiyini bilirik. Komandamıza çox inanıram. "Şahdağ Qusar"la oyunda meydana qələbə qazanmaq üçün çıxacağıq. İstədiyimiz nəticəyə nail olacağımıza ümid edirəm".
Qeyd edək ki, sözügedən oyun noyabrın 20-də baş tutacaq. Binə qəsəbə stadionunda reallaşacaq qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər