Niderland tarixində hələ belə aqibətlə üzləşməmişdi - Antirekord

Niderland tarixində hələ belə aqibətlə üzləşməmişdi -  Antirekord
UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Almaniyaya 0:5 hesabı ilə uduzan Niderland millisi tarixinin antirekorduna imza atıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, "narıncılar" tarixində rəsmi turnirlərdə ən böyükhesablı məğlubiyyətini alıb.
Bundan başqa, komanda 1959-cu ildən bəri ilk dəfə azı 5 top fərqi ilə məğlub olub. Həmin vaxt da Almaniya Federativ Respublikası yığması yoldaşlıq görüşündə rəqibini 7:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Almaniya 11 xalla A Liqasının 2-ci qrupunu birinci pillədə başa vurub. Niderland da eyni xalla ikinci yeri tutaraq Millətlər Liqasının 1/4 finalına yüksəlib.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər