Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı AVF-nin mətbuat xidməti yayıb.
O, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsinin qarşılaşmasına supervayzer təyin olunub.
Noyabrın 18-də Yunanıstanda keçiriləcək oyunda yerli “OFI Crete HERAKLEION” komandası Almaniyanın “Helios Grizzlys GIESEN” klubu ilə üz-üzə gələcəklər.
Qarşılaşmanı türkiyəli Meryem TEKOL PELENK və serbiyalı Aleksandra BALANDZIC idarə edəcəklər.