17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda növbəti matçı baş tutub.
Fanat.Az xəbər verir ki, Emin Mustafayevin baş məşqçi olduğu yığma Litvanın müvafiq yaş qrupundan olan komandası ilə üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə başa çatıb. 65-ci dəqiqədə Rəsul Balakişiyev bərabərlik qolunu vurub.
Qeyd edək ki, U-17 daha əvvəl Şimali İrlandiya (0:4) və Almaniyaya (0:7) məğlub olub.