18-27 noyabr aralığında Venesuelanın paytaxtı Karakasda keçiriləcək U-20 dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışda Avropa (U-14) və dünya (U-16) çempionatlarının qalibi Xaqan Əhməd və Lalə Hüseynova mübarizə aparacaqlar.