"Belə yenilgi qəbul edilə bilməz, ayıbdır" - Xavi 0:5-dən şoka düşüb

"Belə yenilgi qəbul edilə bilməz, ayıbdır" -  Xavi 0:5-dən şoka düşüb
Niderlandın baş məşqçisi Xavi komandasının UEFA Millətlər Liqasının son turunda Almaniyaya böyükhesablı (0:5) məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "Voetbal International" ispaniyalı mütəxəssisin fikirlərini belə çatdırıb:
"Əvvəllər komanda ilə fəxr etdiyim halda, indi üzgünəm və depressiyadayam. Bu oyun məni şoka saldı. Eybi yox, yenisini yaratmaq üçün yenidən başlayacağıq.
Soyunma otağında da buradakı kimi danışdım. Hər vəziyyəti təhlil etməyə çalışıram. Belə yenilgi qəbul edilə bilməz. Bu, ayıbdır. Bu gündən etibarən çox şeyi dəyişdirməli olacağıq.
Baş verənlərin səbəblərini öyrənmək üçün oyunçularla danışdım. İlk növbədə azarkeşlərdən üzr istəməliyik. Nə futbol, ​​nə də xarakter nümayiş etdirdik. Yüksək intensivlik və ehtirasla Yunanıstanla tarixi bir matç keçirmişdik. İndi hər şey tamamilə fərqli idi. Bəlkə də oyunçuları hələ tam öyrənməmişəm və ya əhval-ruhiyyəmiz düzgün deyildi. Açığı, bunu izah edə bilmirəm".
Qeyd edək ki, Almaniya 11 xalla A Liqasının 2-ci qrupunu birinci pillədə başa vurub. Niderland da eyni xalla ikinci yeri tutaraq Millətlər Liqasının 1/4 finalına yüksəlib.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər