Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Konqresi keçirilib. Fanat.Az xəbər verir ki, ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər baş tutub və FIDE-nin yeni prezidenti bəlli olub. Qalib ikinci turda müəyyənləşib və Timur Turlov 110 səslə seçkidə qalib gəlib. O, növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri seçilib. Digər rəhbər vəzifələrə seçkilər və təyinat da rəsmiləşib. Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti qismində fəaliyyət göstərəcək. Qeyd edək ki, AŞF rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.
Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Şahmat
15:39
27.09.2026
Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi
Şahmat
13:07
27.09.2026
Ümumdünya Şahmat Olimpiadası: Bu gün Azərbaycan milliləri son görüşlərini keçirəcək
Şahmat
22:12
26.09.2026
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Şahmat
11:44
26.09.2026
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Bolqarıstan və Sloveniyaya qarşı