"Bayern Münhen"in (Bayern München, Bayern Munich) hücumçusu Harri Keyn (Harry Kane) oyun tərzini Kərim Benzemanınkı (Karim Benzema) ilə müqayisə edib və oxşar olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "Foot Mercato" ingilis forvardın dediklərini belə çatdırıb:
"Kərim inanılmaz oyunçudur. Mən həmişə onun böyük fanatı olmuşam. Onun 2022-ci ildə "Real Madrid"də qazandığı nailiyyətlər həqiqətən möhtəşəmdir. O, yarımmüdafiənin dərinliklərinə doğru irəliləyə və demək olar ki, 10 nömrəli oyunçu kimi oynaya, qarşılaşmanın tempini diktə edə və cərimə meydanında lazımi anda peyda ola bilər.
Fiziki xüsusiyyətlərimiz bir az fərqlidir, amma oyun zəkamız, mövqe seçmək bacarığımız və ətrafımızdakı oyunçulara kömək etmək istəyimiz baxımından oyun tərzimizdə çoxlu ortaq cəhət görürəm. Hər ikimiz qol vurmaq üçün daim cərimə meydançasında qalmaq məcburiyyətində olmadığımızı göstəririk. Daha dərinə atıldığım zaman daha çox qol şansı əldə edirəm, çünki daha az izlənilirəm. Qollar geri çəkiləndə və oyunu inkişaf etdirməyə başlayanda gəlir.
Özümü "10 nömrə" mövqeyində tapıram. Rəqib məni təqib etmək üçün irəli çıxanda isə cərimə meydanına şığıyıb zərbələr endirirəm - bu, mənim ən güclü tərəflərimdən biridir. Keçən mövsüm ən yaxşı nümunə idi: 73 qol vurdum ki, bu da əvvəlki mövsümlərdən demək olar ki, iki dəfə çoxdur".
Xatırladaq ki, Kərim Benzema 2022-ci ildə, Harri Keyn isə 2026-cı ildə "Qızıl top" mükafatını qazanıb.
Mirağa