Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazandı

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazandı
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında qızıl medal əldə edib.
Fanat.Az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda hindistanlı Mohit Sinq (Mohit Singh), 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə taypeyli Xiao Xiang-Ven (Xiao Xiang-Wen) üzərində qələbə qazanaraq finala yüksəlib.
O, finalda son paralimpiya çempionu, israilli Asaf Yasuru üzərində qələbə qazanıb və dünya çempionu tituluna yiyələnib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər