"Şəfa"nın hücumçusu uzun müddətə sıradan çıxdı

"Şəfa"nın hücumçusu uzun müddətə sıradan çıxdı
Misli Premyer Liqasının 12-ci turunda "Qəbələ"ni qəbul edəcək "Şəfa"nın heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Fanat.Az-a "hepardlar"ın sözçüsü Heybət Məmmədov məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Braziliyalı hücumçu Felipe Luis (Felipe Luís) isə qasıq zədəsi səbəbindən uzun müddət kənarda qalacaq. Hazırda ölkəsində olan Felipe əməliyyat ediləcək".
Qeyd edək ki, "Şəfa" - "Qəbələ" qarşılaşması noyabrın 21-də keçiriləcək. "SOCAR Polymer Arena"da reallaşacaq görüşün start fiti 17:00-da səsləndiriləcək. Hesabında 8 xal olan Qəbələ təmsilçisi turnir cədvəlinin 10-cu, 5 xala malik Bakı komandası isə 11-ci pilləsində mövqe tutub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər