Millətlər Liqasında bütün 1/4 finalçılar bilindi

Millətlər Liqasında bütün 1/4 finalçılar bilindi
UEFA Millətlər Liqasında 1/4 finalın bütün iştirakçıları bəlli olub.
Fanat.Az xəbər verir ki, başa çatan qrup mərhələsinin son turunun nəticələrə əsasən Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç milliləri 1/4 finala vəsiqə qazanıblar.
Bu komandalar A Liqasında qruplarında ilk iki yeri tutanlardır.
Bu mərhələnin püşkü noyabrın 20-də atılacaq. 1/4 finalın ilk oyunları 2027-ci il martın 25-27-də, cavab görüşləri isə martın 28-30-da keçiriləcək. Turnirin final mərhələsi isə iyunun 9-13-də təşkil olunacaq.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar ötən mövsümün finalında İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər