"Araz-Naxçıvan"ın futbolçusu Alberto Fernandes zədədən sonra məşqlərə geri döndü

"Araz-Naxçıvan"ın futbolçusu Alberto Fernandes zədədən sonra məşqlərə geri döndü
"Araz-Naxçıvan"ın futbolçusu Alberto Fernandes zədəsini geridə qoyaraq komanda məşqlərinə qoşulub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın digər üzvü Mustafa Əhmədzadə isə hazırlıq prosesini fərdi proqram üzrə davam etdirib. O, fiziki hazırlıq məşqçisinin rəhbərliyi altında çalışıb.
Azərbaycan millisinin düşərgəsində olan Ağadadaş Salyanskinin isə sabah komandaya qoşulacağı gözlənilir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər