Azərbaycan Basketbol Liqasında (ABL) I, II və III turlardan təxirə salınmış oyunların tarixləri və başlama saatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmalar noyabrın 21–22-də Bakı İdman Sarayında keçiriləcək.
Təqvimə əsasən, noyabrın 21-də saat 14:30-da "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcək.
Noyabrın 22-də isə saat 15:00-da "Naxçıvan" – "Neftçi", saat 18:00-da "Landau Lions" – "Ordu" görüşləri baş tutacaq.