Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Sabah"ı qonaq edəcək "Sumqayıt" oyuna itkilərlə çıxacaq.
"Kimyaçılar"ın sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, komanda ev oyununda 2 futbolçunun xidmətindən məhrumdur:
"Cəzalı futbolçumuz yoxdur. "Qəbələ" ilə matçda zədələnən braziliyalı hücumçumuz Jeam Oliveyra hələ hazır deyil. Onunla yanaşı uzun müddətə sıradan çıxan Səbuhi Abdullazadənin də qarşıdakı oyunda olmayacağı dəqiqdir".
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" qarşılaşması noyabrın 20-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.
11 oyuna 10 xal toplayan "Sumqayıt" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıbsa, 21 xalı olan "Sabah" 2-ci sıradadır.
Mirağa