FİBA Avropa Kubokunda 7-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycanın yarışdakı 3 təmsilçisi də tur çərçivəsində bu gün növbəti sınaqlarına çıxacaqlar.
İlk olaraq G qrupunda yarışan "LANDAU Lions" meydana çıxacaq. Erhan Tokerin komandası Bakıda Slovakiyanın “Prievidza” klubunu qəbul edəcək. Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 19:00-da başlayacaq.
"LANDAU Lions" qrupda əvvəlki görüşlərində "Lions de Geneve" (evdə – 83:105, səfərdə – 77:85), "Prievidza" (səfərdə – 84:108), "Bakken Birs" (səfərdə – 88:91) və "Benfika" (səfərdə – 76:97) komandalarına uduzub, "Dənizli Basket"i (evdə – 94:86) isə məğlub ediv.
19:00. LANDAU LIONS (Azərbaycan) – Prievidza (Slovakiya)
Bakı İdman Sarayı.
Xal durumu: Benfika (Portuqaliya) – 11 xal, Bakken Birs (Danimarka) - 10, Lions de Genève (İsveçrə) - 10, Dənizli Basket (Türkiyə) - 8, Prievidza (Slovakiya) – 8, LANDAU Lions (Azərbaycan) – 7.
Avropa Basketbol Kubokunun C qrupunda mübarizə aparan "Gəncə" komandası 7-ci tur çərçivəsində səfərdə oynayacaq. Murat Dikmenin komandası Yunanıstan "Kolossus"unun qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
"Gəncə" qrupoda "Esenler Erokspor"a (səfərdə - 63:92, evdə - 66:97), "Kolossus"a (evdə - 62:80) və "Universitatea" (səfərdə - 96:105) komandalarına uduzub, "Sportinq"i (evdə - 69:67) məğlub edib, "Rilski Sportis"dən isə texniki yenilgi alıb (0:20).
20:00. Kolossus (Yunanıstan) – Gəncə (Azərbaycan)
Faliraki, "Kallithea Hall".
Xal durumu: Esenler Erokspor (Türkiyə) – 12 xal, Kolossus (Yunanıstan) – 10, Sportinq (Portuqaliya) – 9, Universitatea (Rumıniya) - 8, Rilski Sportist (Bolqarıstan) – 8, Gəncə (Azərbaycan) – 6.
Günün son oyunu H qrupunda mübarizə aparan "Neftçi"nin iştirakı ilə baş tutacaq. Kostas Vasiliadisin baş məşqçisi olduğu kollektiv səfərdə Latviya təmsilçisi VEF ilə qarşılaşacaq. Riqada baş tutacaq oyun Bakı vaxtı ilə saat 21.00-da start götürəcək.
"Neftçi" bundan əvvəl "Mikonos" (səfərdə – 58:78, evdə – 84:80), VEF (evdə – 94:110), "Friborq Olimpik" (səfərdə – 73:78), "Oradea" (evdə – 83:99) və "Lokomotiv" (səfərdə – 72:76) ilə oynayıb.
21:00 VEF (Latviya) – Neftçi (Azərbaycan)
Riqa, “Komanda İdman Zalı”.
Komanda sıralaması : Mykonos (Yunanıstan) – 11 xal, VEF (Latviya) - 10, Oradea (Rumıniya) – 10, Lokomotiv (Bolqarıstan) – 9, Friborq Olimpik (İsveçrə), Neftçi (Azərbaycan) – 7.