Nigeriya milli komandasının düşərgəsində dizindən zədə alan "Atletiko Madrid"in hücumçusu Ademola Lukmanın durumu ciddidir.
Fanat.Az xəbər verir ki, məlumatı İspaniya nəhənginin mətbuat xidməti yayıb.
Halbuki, millinin həkimləri xəsarəti yüngül hesab edirdi. Madrid klubunun diaqnozu isə hücumçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağına dəlalət edir. Belə ki, ətraflı müayinədən sonra futbolçunun dizində qırıq aşkarlanıb. Oyunçu indi bir sıra fizioterapiya seanslarından və fərdi reabilitasiya proqramından keçəcək. Onun meydana qayıtması sağalma sürətindən asılı olacaq.
Bu, "Roma"dan qış üçün transfer təklifi alan "Atletiko"nun bütün planlarını pozub.
Lukman toplanış zamanı aldığı xəsarət səbəbindən Tanzaniya ilə qolsuz heç-heçə bitən oyunu buraxmalı olub. Bu, Nigeriyanın növbəti Afrika Millətlər Kubokuna vəsiqə qazanmasına mane olub.
Mirağa