"Şəfa" ilə oyun ərəfəsində "Qəbələ"nin heyətində itki varmı? - Dəqiqləşdi

"Şəfa" ilə oyun ərəfəsində "Qəbələ"nin heyətində itki varmı? - Dəqiqləşdi
Misli Premyer Liqasının 12-ci turunda "Şəfa"nın qonağı olacaq "Qəbələ"nın heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədli məlumat verib:
"Zədəli və ya cəzalı futbolçu yoxdur. Qapıçı Artur Motta artıq sıraya dönüb. Motta ikitəırəfli oyunda da iştirak edib. Komanda "Şəfa" ilə səfər matçına tam heyətlə hazırlaşır".
Qeyd edək ki, "Şəfa" - "Qəbələ" qarşılaşması noyabrın 21-də keçiriləcək. "SOCAR Polymer Arena"da reallaşacaq görüşün start fiti 17:00-da səsləndiriləcək. Hesabında 8 xal olan Qəbələ təmsilçisi turnir cədvəlinin 10-cu, 5 xala malik Bakı komandası isə 11-ci pilləsində mövqe tutub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər