"Hədəfimiz hər oyunda olduğu kimi, bu qarşılaşmada da qələbə qazanmaqdır" - Vüqar Həsənov

"Hədəfimiz hər oyunda olduğu kimi, bu qarşılaşmada da qələbə qazanmaqdır" - Vüqar Həsənov

1-ci Liqanın 8-ci turunda lider "Şahdağ Qusar" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Gəncəbasar"ı qəbul edəcək. Qusar təmsilçisinin təcrübəli yarımmüdafiəçisi Vüqar Həsənov turun mərkəzi qarşılaşması ərəfəsində fikirlərini Fanat.Az-a bölüşüb:

"Gəncəbasar"la oyuna səylə hazırlaşırıq. Rəqibin günüdən xəbərdarıq. Oyunun mahiyyətini dərk edirik. Hədəfimiz hər oyunda olduğu kimi, bu qarşılaşmada da qələbə qazanmaqdır. Bizi ağır mübarizə gözlədiyini bilirik. Amma özümüzə də inanırıq. Meydana qələbə üçün çıxacağıq".
Qeyd edək ki, "Şahdağ Qusar" - "Gəncəbasar" oyunu noyabrın 20-də keçiriləcək. Binə qəsəbə stadionunda reallaşacaq qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər