Millətlər Liqasının 1/4 final cütlükləri bu gün müəyyənləşəcək.
Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da Nyonda keçiriləcək püşkatma mərasimində Avropanın ən yaxşı komandaları rəqiblərini tanıyacaq.
Xatırladaq ki, A Liqasında qrup qalibləri Fransa (France), Almaniya (Deutschland, Germany), İngiltərə (England) və Portuqaliyanın (Portugal) rəqibləri ikinci yeri tutan (Belçika (België, Belgium), Niderland (Nederland, Netherlands), İspaniya (España, Spain), Norveç (Norge, Norway)) komandaların arasından seçiləcək.
Millətlər Liqasının 1/4 final oyunları, eləcə də A/B Liqası və B/C Liqasının yüksəlmə/düşmə pley-off mərhələləri 2027-ci ilin mart ayında keçiriləcək. Bu mərhələnin yekununda iyun ayında keçiriləcək "Dördlər final"ının iştirakçıları müəyyənləşəcək.
Mirağa