1-ci Liqa: "Səbail" "hərbçilər"ə qarşı, "Xankəndi" tarixi matça çıxır

1-ci Liqa: "Səbail" "hərbçilər"ə qarşı, "Xankəndi" tarixi matça çıxır
Azərbaycan 1-ci Liqasında 8-ci tur başlayır.
Fanat.Az xəbər verir ki, tura bu gün keçiriləcək üç oyunla start veriləcək.
Turun ilk oyunu Binədə MOİK ilə "Səbail" arasında baş tutacaq. Yarım saat sonra "Mingəçevir" "Baku Sportinq"i sınağa çəkəcək.
Günün son oyunu Xankəndi şəhərində reallaşacaq. Qarabağın eyniadlı komandası yenidənqurmadan sonra açılışı olacaq arenada ilk ev oyununu keçirəcək. Rəqib "Karvan-Yevlax" olacaq.
Qeyd edək ki, turun qalan iki oyunu (“Şahdağ Qusar” – “Gəncəbasar” və "Şimal" - "Zaqatala") sabah keçiriləcək.
1-ci Liqa
8-ci tur
19 noyabr
14:00. MOİK – “Səbail”
Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Binə. Qəsəbə stadionu.
14:30. “Mingəçevir” – “Baku Sportinq”
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).
16:00. “Xankəndi” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Xankəndi. Şəhər stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər