PSJ-nin (Paris Saint-Germain) vingeri Xviça Kvaratsxeliya (Khvicha Kvaratskhelia) "GQ France" jurnalı tərəfindən Fransanın "İlin adamı" mükafatının qaliblərindən biri seçilib.
Fanat.Az xəbər verir ki, o, ötən il qalib olan komanda yoldaşı Usman Dembeleni (Ousmane Dembélé, Ousmane Dembele) əvəz edib.
Sağ diz əməliyyatından sonra sağalmaqda olan gürcü futbolçu Parisdə təşkil olunan mükafatlandırma mərasiminə videobağlantı vasitəsilə qoşulub:
"Bu, mənim üçün böyük şərəfdir. Bu gün aranızda olmağı çox istərdim, amma bacarmıram. Çox xoşbəxtəm. Bu mükafatı komandama həsr edirəm. PSJ-də inanılmaz bir mövsüm keçirdim. Komanda yoldaşlarımla fəxr edirəm, onlar olmadan bu mükafatı əldə etmək mümkün olmazdı".
Kvaratsxeliya son Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib, "Qızıl top" səsverməsində altıncı yeri tutub.
Mirağa