ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək

ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək

21–22 noyabrda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə ACF-nin mətbuat xidməti məlumat yayıb.

Tədbir Milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər