1-ci Liqa: Liderlər Binədə qarşılaşır

1-ci Liqa: Liderlər Binədə qarşılaşır
Bu gün Azərbaycan 1-ci Liqasında 8-ci tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci günündə 2 matç baş tutacaq.
Turun mərkəzi oyunu Binədə reallaşacaq. Lider "Şahdağ Qusar" ən yaxın izləyicisi, çempionluğa digər iddialı "Gəncəbasar" ilə üz-üzə gələcək. Hakimlər Komitəsi saat 14:00-da başlayacaq qarşılaşmanın prinsipiallığını nəzərə alaraq oyunun idarəçiliyini FİFA (FIFA) referisi Kamal Umudluya tapşırıb.
Binədəki matçla eyni vaxtda Şamaxıda "Şimal" ilə "Zaqatala" münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, dünən baş tutan oyunlarda "Mingəçevir" evdə "Baku Sportinq"i 1:0, "Karvan Yevlax" "Xankəndi"ni səfərdə 2:0 hesabı ilə məğlub edib, MOİK - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 0:0.
1-ci Liqa
8-ci tur
20 noyabr
14:00. “Şahdağ Qusar” – “Gəncəbasar”
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu.
14:00. “Şimal” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər