Misli Premyer Liqasının 12-ci turunda "Araz-Naxçıvan"ın qonağı olacaq "Neftçi"nin meydana neçə itki ilə çıxacağı bəllidir.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, hazırda "ağ-qaralar"ın sıralarında cəza səbəbindən matçı kənardan izləyəcək oyunçu yoxdur.
Zədəlilərə gəlincə, kollektiv məşqlərə qatılmayan yeganə futbolçu mərkəz müdafiəçisi Murad Xaçayevdir.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Neftçi" görüşü noyabrın 22-də reallaşacaq. Şamaxı şəhər stadionunda baş tutacaq matçın start fiti 14:30-da səsləndiriləcək. Hesabında 25 xal olan flaqman Premyer Liqanın turnir cədvəlinə başçılıq edirsə, 4 xala malik "qırmızı-ağlar" 12-ci - sonuncu yerdədir.
Nihat