"İmişli" ilə görüşün çətin keçəcəyini bilirəm, amma..." - "Zirə"nin legioneri

"İmişli" ilə görüşün çətin keçəcəyini bilirəm, amma..." - "Zirə"nin legioneri
Misli Premyer Liqasının 12-ci turunda Yevlaxda "İmişli"nin qonağı olacaq "Zirə" oyunun hazırlıqlarını davam etdirir. Zədə epidemiyası səbəbindən çempionatın birinci dövrəsində arzuladığı performansı sərgiləyə bilməyən və hazırda 19 xalla turnir cədvəlinin 5-ci pilləsində mövqe tutub.
"Qartallar"ın hücumçusu Dimitri Leqbo noyabrın 20-də baş tutacaq matç ərəfəsində fikirlərini Fanat.Az-a bölüşüb:
"Çox yaxşı oynayan komandaya qarşı yaxşı mübarizə aparacağıq. "İmişli" ilə görüşün çətin keçəcəyini bilirəm, amma bizi nələrin gözlədiyindən xəbərdarıq.
Qış fasiləsinə qədər diqqətimizi qorumaq və mümkün qədər çox xal toplamaq istəyirik. Bizi gərgin və tələbkar bir period gözləyir, lakin komanda motivasiyalıdır. Qarşıya qoyduğumuz məqsədlərə fasiləyə qədər çatmaq üçün hər matça ikiqat motivasiya ilə çıxacaq, əzmlə çalışacağıq".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər