Portuqaliyanın "Benfika" (Benfica) klubunun yunanıstanlı hücumçusu Vangelis Pavlidis (Vangelis Pavlidis) İngiltərənin "Mançester Yunayted" (Manchester United) komandasının transfer siyahısına daxil edilib.
Fanat.Az "Daily Briefing" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Maurisio Poçettino (Mauricio Pochettino) 27 yaşlı forvardın oyun üslubunu çox bəyənir və onun yanvar transfer pəncərəsində heyətə cəlb olunmasını istəyir.
Cari mövsümdə "Benfika"nın heyətində meydana çıxdığı 19 rəsmi matçda 19 qola imza atan təcrübəli hücumçu möhtəşəm məhsuldarlığı ilə diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Yunanıstan milli komandasının üzvünün Lissabon təmsilçisi ilə müqaviləsində 100 milyon avroluq sərbəstqalma (təzminat) məbləği nəzərdə tutulub.