"Barselona"nın ulduzu "Sabah"la oyun üçün Bakıya gəlməyəcək

"Barselona"nın ulduzu "Sabah"la oyun üçün Bakıya gəlməyəcək
İspaniyanın "Barselona" (Barcelona) klubunun ulduz yarımmüdafiəçisi Rodri UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində Azərbaycan çempionu "Sabah"a qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
Fanat.Az "Tribuna.com" portalına istinadən xəbər verir ki, zədəsini tam sağaltmayan təcrübəli futbolçu Bakı səfərinə aparılmayacaq.
"Barselona"nın ulduzu "Sabah"la oyun üçün Bakıya gəlməyəcək
İspaniyalı yarımmüdafiəçinin yalnız kataloniyalılar Azərbaycandan qayıtdıqdan sonra komanda ilə birlikdə kollektiv məşqlərə başlayacağı gözlənilir.
Müalicə və bərpa prosesi müsbət davam edərsə, Rodrinin noyabrın 29-da "Deportivo"ya qarşı matçın iştirak ərizəsinə daxil ediləcəyi və meydana çıxaraq bir neçə dəqiqə şans qazanacağı bildirilir.
Kamil Xudiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər