CEV Çelenc Kuboku: "Ordu" Norveç təmsilçisini məğlub etdi

CEV Çelenc Kuboku: "Ordu" Norveç təmsilçisini məğlub etdi

Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda da qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Norveçin "Forde VBK" (Førde VBK) kollektivi ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Ordunun 3:0 (25:18, 25:18, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında səfərdə baş tutan görüşdə də Azərbaycan təmsilçisi rəqibini 3:0 (25:11, 25:17, 25:19) hesabı ilə üstələmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər