Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatının ilk gününü bir medalla başa vurublar.

Fanat.Az xəbər verir ki, Məhəmməd Musayev (66 kq) bürünc mükafata sahib çıxıb.

M.Musayev üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi İslam Sultiqovu (Islam Sultigov) məğlub edib.

Xədicə Qədəşova (57 kq) bürünc medal uğrunda qarşılaşmada sloveniyalı Nika Tomca uduzub.

Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər