Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Sloveniyanın "ACH Volley Lyublyana" (ACH Volley Ljubljana) kollektivini qəbul edib.
Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.
Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyana şəhərində keçiriləcək.
Xatırladaq ki, "Xilasedici" II təsnifat mərhələsində Portuqaliyanın "Sportinq" (Sporting, Sporting CP) klubunu məğlub edib.