MPL: "Zirə"nin Yevlax sınağı, "Sabah" üçün "Barselona" ilə oyunöncəsi "ağır məşq"

MPL: "Zirə"nin Yevlax sınağı, "Sabah" üçün "Barselona" ilə oyunöncəsi "ağır məşq"
Misli Premyer Liqasında 2-ci dövrə başlayır.
Fanat.Az xəbər verir ki, bu gün 12-ci tur çərçivəsində 2 oyun keçiriləcək.
Turun açılış oyunları paytaxtdan kənarda baş tutacaq. Əvvəlcə Yevlaxda "İmişli" və "Zirə" komandaları üz-üzə gələcəklər. Cavid Cəlilovun idarə edəcəyi görüş saat 14:30-da start götürəcək. Birinci dövrəni 5-ci pillədə başa vuran Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda səfər qələbəsi sayəsində ilk "5-liy"ə düşməyi hədəfləyir. "İmişli" isə ortabab statusunu doğrultmağa, mümkün qədər autsayderlərlə xal fərqini artırmağa çalışır.
Günün digər qarşılaşması "Gənclik şəhəri"ndə baş tutacaq. "Sumqayıt" doğma meydanda son çempion "Sabah"ı qonaq edəcək. Bu görüş "bayquşlar" üçün "Barselona" (Barcelona) ilə ÇL matçı öncəsi "ağır məşq" olacaq. Saat 19:00-da start götürəcək qarşılaşmanın baş hakimi Elvin Bayramov olacaq.
Qeyd edək ki, turun qalan oyunları şənbə (“Şamaxı” – “Turan Tovuz”, “Şəfa” – “Qəbələ”) və bazar (“Araz-Naxçıvan” – “Neftçi, “Kəpəz” – “Qarabağ”) günləri keçiriləcək.
Misli Premyer Liqası
12-ci tur
20 noyabr
14:30. “İmişli” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yevlax şəhər stadionu.
19:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər