"Arsenal" Vinisiusu yayda transfer edəcək

"Arsenal" Vinisiusu yayda transfer edəcək
"Arsenal" "Real Madrid"in braziliyalı ulduzu Vinisius Junioru (Vinícius Júnior, Vinicius Junior) 2027-ci ilin yayında transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "FootballTransfers" yayıb.
Mənbənin məlumatına görə, London klubu 26 yaşlı futbolçunu əsas hədəf kimi müəyyənləşdirib və onun transferinin gələn yay mümkün olacağına dair klub daxilində inam yaranıb. "Arsenal" Vinisius üçün yayda da mübarizə aparmışdı. Lakin braziliyalı futbolçu "Real Madrid"lə yeni müqavilə imzalayaraq Madrid klubunda qalmağa üstünlük vermişdi.
Bununla belə, Vinisiusun yeni mövsümdəki çıxışı gözləntiləri doğrultmayıb. Üstəlik, yeni transfer Yan Diomondenin (Yannick Diomandé, Yann Diomande) uğurlu performansı braziliyalının əsas heyətdəki mövqeyini təhlükə altına salıb. Bu amillər "Arsenal"ın futbolçuya marağını yenidən gücləndirib.
Vinisiusun özü də yaydakı transfer danışıqlarının ona psixoloji təsir etdiyini etiraf edib. O, hazırda "Real Madrid"də qalmaq və vəziyyəti dəyişmək istədiyini bildirib.
Qeyd olunur ki, yanvarda transfer real görünmür. "Arsenal"ın əsas planı Vinisiusu 2027-ci ilin yayında heyətinə qatmaqdır.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər